Lukas Podolski, Lionel Karole, Cem Karacan və Bilal Kısanı heyətinə qatan “Qalatasaray” islahatlara başlayır.
Korner.az-ın məlumatına görə, baş məşqçi Hamza Hamzaoğlu heyətdəki futbolçu sayını 27-yə endirəcək.
Türkiyə mətbuatının məlumatına görə, baş məşqçi bu məqsədlə 6 futbolçunu göndərəcək.
Artıq onların adı da bəllidi. İddialara görə, Dani Nounkeu, Yekta Kurtuluş, Sinan Gümüş, Umut Gündoğan, Berk İsmail və Furkan Özçal “Qalatasaray”ı tərk edəcək. Onların icarəyə verilməsi gözlənilir.
