“Qalatasaray” 21 il sonra qələbə qazandı
23.02.2020 , 23:52

Bu gün Türkiyə Super Liqasının 23-cü turunda İstanbul derbisi keçirilib.
Korner.az xəbər verir ki, “Fənərbağça” “Qalatasaray”ı qəbul edib və 1:3 hesabı uduzub. Bu, iki komanda arasında 391-ci görüş olub.
Bununla da “Qalatasaray” 21 il sonra səfər oyununda qələbə qazanıb.
“Fənərbağça” – “Qalatasaray” – 1:3
Qollar:Kruze, 21-pen (1:0), Donk, 40 (1:1), Falkao, 80-pen (1:2), Onyekuru, 90+3 (1:3)
Qırmızı vərəqələr:Deniz Turuc, 84 (“Fənərbaxça”), Belhand, 84 (“Qalatasaray”)
