“Qalatasaray” 2 futbolçusunu göndərdi
27.01.2022 , 15:32

“Qalatasaray” 2 futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçisi DeAndre Yedlinlə vidalaşıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Həmçinin “sarı-qırmızılılar” yarımmüdafiəçisi Atalay Babacanı icarəyə verib. 21 yaşlı futbolçu mövsümün sonunadək 1-ci Liqa təmsilçisi “Ümraniyespor”da çıxış edəcək.
