“Qalatasaray”ın futbolçusu Badu Ndiaye karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır
Seneqallı yarımmüdafiəçi “Stok Siti” ilə anlaşıb.
“Qalatasaray”la danışıqlar müsbət nəticələnib. Anlaşmaya əsasən, 28 yaşlı orta sahə oyunçusunun keçidi “sarı-qırmızılılar”a 15 milyon funt-sterlinq qazandıracaq.
Yeganə problem futbolçunun ötən il Seneqal yığmasında tələb olunan sayda oyun keçirməməsidi. Belə ki, İngiltərədəki qanunlara əsasən, FİFA reytinqində 21-30-cu yerlərdə qərarlaşan ölkələrin oyunçuları il ərzində yığmanın minimum 60 faiz matçında iştirak etməlidi. Ndiayenin oyun sayı tələb olunan qədər olmadığından “Stok Siti” bu problemi yoluna qoymağa çalışır.
Qeyd edək ki, Bado Ndiaye “Qalatasaray”a ötən il “Osmanlıspor”dan keçib.
