17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları qarşılaşıb.
Korner.az-ın məlumatına görə, Rusiya U-17 yığmasının baş məşqçi Mixail Qalaktionov oyundan sonra bunları deyib:
“Oyundan razı qaldım. Elit-raund öncəsi yaxşı hazırlıq oldu. Bu oyunlar təcrübə qazanmaq baxımından bizim üçün uğurlu alındı. Rəqibin səviyyəsi də bizi qane etdi. Fikrimcə, Azərbaycan yığması elit-raundda rəqibləri üçün asan keçiləcək komanda olmayacaq. Yığmanızın mərhələ adlamaq şansı var”.
