Qakpo Almaniya yolunda
27.05.2025 , 12:00

“Liverpul”un futbolçusu Kodi Qakpo karyerasını Almaniyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, 26 yaşlı oyunçunun xidmətində “Bavariya” maraqlıdır.
Bu barədə xarici KİV məlumat yayıb.
Münhen klubu hücum mövqeyini niderlandlı futbolçu ilə gücləndirmək istəyir.
İngiltərə nəhəngi isə Qakpo üçün yaxşı təklif gələcəyi təqdirdə onu buraxa biləcəyini bildirib.
