Şahmat Olimpiadasının başlanmasına sayılı günlər qalır.
Korner.az-ın məlumatına görə, ənənəvi olimpiada bu il paytaxtımız Bakıda keçiriləcək.
Turnirdə ölkəmizi təmsil edəcək qadın şahmat yığmamız Qəbələdə təlim-məşq toplanışında olub. Yığmamız gürcü şahmatçılarla yoldaşlıq oyunu keçirib. Toplanışda iştirak edən qadın şahmat komandamızın üzvü Aydan Höccətova Olimpiada ilə bağlı fikirlərini səsləndirib:
“Təlim-məşq toplanışının yüksək səviyyədə keçirilməsi üçün yaxşı şərait yaradılıb. Ümid edirik ki, olimpiadada bizə olan ümidləri doğrulda biləcəyik. Həmişəki kimi kişi yığmasını şansları daha böyükdü. Hədəfimiz onluğa düşmədki. Lakin şahmat elə bir oyundu ki, burada hər şey ola bilər. Düşünürəm ki, oyunlarımız biz istədiyimiz kimi getsə, daha yüksək nəticəyə imza ata bilərik”.
Şahmat Olimpiadası 1-14 sentyabr tarixlərində keçiriləcək.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir.
