Qadın futbolunda çalışan mütəxəssislər üçün məşqçi kursu
30.07.2019 , 17:14

Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində qadın futbolunda çalışan mütəxəssislər üçün C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.
Korner.az xəbər verir ki, avqustun 2-də başa çatacaq məşğələlərə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Əsgərli və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Zamir Həsənov rəhbərlik edir.
