Gözəlliyi ilə qadın futbol dünyasında məşhur olan ABŞ-ın qapıçısı Hope Solo,öz bacısına şiddət göstərdiyi səbəbiylə həbs olundu.
Korner.az-ın məlumatına görə,şikayətlər sonrası Solonun evinə gələn polislər,qapıçını həbs etdilər. Polisin ifadəsində hadisə əsnasında Solonun içkili olduğu və aqressiv rəftarlar sərgilədiyi bildirildi.
Hope Solo bazar ertəsi hakim qarşısına çıxacaq.
