Qadınlardan ibarət Ekvatorial Qvineya millisinin futbolçusu Jenoveva Anonma 2008-ci ildə başına gələn xoşagəlməz hadisədən danışıb.
Korner.az-ın məlumatına görə, həmin il qitə çempionatı zamanı Afrika Futbol Konfederasiyasının nümayəndəsi onun kişi olduğundan şübhələnmişdi.
“Onlar məni tam olaraq çılpaq soyunmağıma məcbur etdilər”, – deyə BBC-yə müsahibəsində Anonma bildirib. – Bu mənim ürəyimcə deyildi , ağlayırdım. Amma məcbur idim. İllər ötdükcə artıq buna alışdım.
Xatırladaq ki, Anonma 2012-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilib.
