İtaliyanın Assizi şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub.
Korner.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın iki üzvü gənclərin yarışında bürünc mükafata layiq görülüb. 69 kq çəki dərəcəsində mübarizə aparan Məryəm Cəbrayılova yarımfinalda yerli idmançı Monika Floridaya uduzaraq 3-cü yerlə kifayətlənib.
Digər boksçumuz Alina Hacıyeva da (81 kq) yarımfinal səddini keçə bilməyib. A.Hacıyeva ukraynalı Anastasiya Stankeviçlə dueldən məğlub ayrılıb.
Beləliklə, İtaliyaya 3 boksçu ilə yollanan komandamız Vətənə 2 bürünc medalla dönüb.