Almaniya Bundesliqasının “Şalke 04” – “Borussiya” (Dortmund) qarşılaşmasında azarkeşlərin törətdiyi iğtişaşlarla bağlı ilkin araşdırmaların nəticəsi açıqlanıb.
Korner.az-ın məlumatına görə, ilkin rəydə bildirilir ki, fanatlar arasındakı qarşıdurmaya oyundan əvvəl – səhər saatlarında başlayıb.
Rəydə o da qeyd olunur ki, qadın azarkeşlər genital nahiyələrinə pirotexniki əşyalar gizlədərək stadiona keçirərib və iğtişaşlar əsnasında həm qarşı tribunalara, həm də meydançaya atıblar.