Danimarka futbol çempionatında keçirilən
oyun zamanı komandasının qələbə sevincini yaşayan qadın azarkeş meydanda lüt
soyunub.
Korner.az-ın məlumatına görə, kameralar önündə köynəyini
çıxaran xanım fanatın bu hərəkəti meydanda olan azarkeşlər tərəfindən maraqla
qarşılanıb. Əlləri ilə sinəsini bağlayan şıltaq azarkeş daha sonra köyəniyini
bayraq kimi yelləyərək bu hərəkəti ilə komandasına dəstək olmağa çalışıb.
“Bröndbü”nün 2:1 hesabı ilə qalib gəldiyi oyunda nəticədən çox qadın fanatın bu
hərəkəti yaddaşlarda qalıb.
