“Arsenal”ın futbolçusu Qabriel Paulista “Çelsi” ilə keçirilən matçda qırmızı vərəqə ilə cəzalanmışdı.
Korner.az-ın məlumatına görə, həmvətəni Dieqo Kosta ilə mübahisə edən Qabriel bir başa qırmızı vərəqəyə layiq görülmüşdü.
Oyundna sonra İngiltərə Futbol Federasiyası epizodun görüntülərinə təkrar baxıb Qabrielin bir başa qırmızı vərəqəsini – 3 oyunluq cəzasını ləğv edib.
Lakin braziliyalı müdafiəçi hakimə etdiyi etiraza görə Premyer Liqada 1 oyun oynamayacaq.
