Qabriel Paulista Braziliyaya qayıtdı
12.01.2026 , 14:00
“Beşiktaş”ın sabiq müdafiəçisi Qabriel Paulista karyerasını Braziliyadakı “Korintians” klubunda davam etdirəcək.
Korner.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xayırladaq ki, Paulista 2024-cü ilin yayında “Atletiko”dan ayrıldıqdan sonra azad agent kimi “Beşiktaş”a qoşulmuşdu. O, İstanbul təmsilçisinin heyətində 45 oyunda iştirak edib, 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.