“Mançester Siti”nin futbolçusu Qabriel Jezus zədəsini sağaldıb.
Korner.az-ın məlumatına görə, bu barədə “Sky Sport” nəşri məlumat verir.
20 yaşlı futbolçu məşqlərə başlayıb. Braziliyalı oyunçunun yaxın günlərdə yaşıl meydanlara qayıdacağı gözlənilir.
