big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Qəsdən oynamamaqda ittiham olunan Kamran Ağayevlə bağlı AÇIQLAMA

23.11.2018 , 15:06

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Kosovoya səfərdə 0:4 hesabı ilə uduzaraq, turnirlə vidalaşması əməlli-başlı narazılığa səbəb olub. Təkcə narazılığa da yox, milli üzvlərinə qarşı ittihamlara yol açıb.

Belə ittihamlardan biri də yığmanın əsas qapıçısı Kamran Ağayevə yönəlib. Mətbuatda və sosial şəbəkədə “Keşlə”nin qolkiperinin Kosovo ilə görüşdə iştirak imkanı ola-ola, qəsdən “zədəliyəm” deyib, oyuna çıxmadığı iddia olunur. Hətta Ağayevin həkim müayinəsindən “təmiz” çıxdığı da bildirilir. Yəni futbolçu Kosovo ilə matçda iştirakdan boyun qaçırmaqda ittiham olunur. Bu isə yetərincə ağır ittihamdır.

Məsələ ilə bağlı Kamranın məxsus olduğu “Keşlə” klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında Ağayevin həqiqətən də zədəli olduğunu, komanda ilə məşqlərdə iştirak etmədiyini bildirdi:

“Kamran baldırından zədəlidir. Millinin düşərgəsindən gələndən məşq etmir. Ayağında ağrılar var. Bu, “ikra” deyilən hissədir. Komanda 2-ci gündən etibarən toplaşaraq, məşqlərə başlayıb. Dediyim kimi, Kamran məşqlərə qatılmır”.

Məmmədov Azərbaycan Premyer Liqasının sabah keçiriləcək “Keşlə” -“Qəbələ” matçında da Ağayevin iştirak etməyəcəyini bildirdi:

“Yox, qapıda Kamran olmayacaq. Sabahkı oyunda qapıda Davud Kərimi olacaq”.

Son yazılar

To Top