big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Dünya Çempionatı

Qəhrəmandan anti-qəhrəmana (YAZI)

27.06.2014 , 05:20

Çox yox, cəmi bir neçə gün əvvələ qədər hamı onun qəhrəmanlığından, zədədən yenicə qayıtmasına baxmayaraq İngiltərəni necə təkbaşına yıxmasından ağızdolusu danışırdı. Amma o, İtaliya ilə maçda elə bir hərəkət etdi ki, bir andaca bütün dünyanın “gözündən düşdü”.  Yəqin ki, söhbətin Luis Suaresdən getdiyini anladınız. Məsələ burasındadır ki, Kyellinin qolunu dişləməsi buna qədər Suaresin adının hallandığı ilk qalmaqal deyil…

Futbolu həndbolla səhv saldı
 
2010-cu ildə CAR-da keçirilən mundialın 1/4 finalına Suaresin  hərəkəti damğasını vurdu. Belə ki, Qana ilə matçın əlavə dəqiqələri  1:1 hesabı ilə davam edərkən Suares qapıya gedən topu əli ilə çıxardı, nəticədə isə qırmızı vərəqə ilə cəzalandırıldı. Təyin olunan penaltini Asamoa Qyan  qola çevirməyi bacarmadı, ən sonda isə 11 metrlik cərimə zərbələrində Uruqvay üstün oldu. Luisin bu hərəkətini Dünya Çempionatları tarixinin “İkinci Tanrının əli” qalmaqalı kimi qələmə versək, yanılmarıq.

Filmin ilk pərdəsi 

Suaresin ilk diş zərbəsinə həmin vaxt PSV-də forma geyən Omar Bakal tuş gəlib. Uruqvalı “diş ustası” 2010-nun noyabr ayında “Ayaks”la PSV arasında oynanan bu matçdakı hərəkətinə görə Hollandiya Futbol Federasiyası ona 7 oyunluq cəza verdi.

Evraya irqçi təhqir
 
Suaresin adı irqçiliklə də hallanıb. Uruqvaylı oyunçu “Mançester Yunayted”in futbolçusu Patris Evraya  qarşı irqçi təhqir işlətdiyinə görə İngiltərə Futbol  Federasiyası tərəfindən 8 matç cəzalanmaqla yanaşı, 40 min funt cərimə ödəyib.

Növbə İvanoviçindir

Rəqibi dişləmə adətini  Premyer Liqada da davam etdirən Suaresin növbəti “qurban”ı İvanoviç oldu. Belə ki, ötən mövsümün son turlarında Branislavın da  qolunun “dadına baxan” Suares bu hərəkətinə görə daha 10 matçı buraxmaq məcburiyyətində qalı.

Simulyasiyaya da əl atdığı olub
 
Suares təkcə diş zərbələri ilə yox, həm də hakimi aldatmağa çalışmasıyla da gündəmə gəlib. Uruqvayın Perunu 2:1 hesabı ilə məğlub etdiyi Dünya Çempionatının seçmə mərhələ görüşündə  Viktor  Yotunun qırmızı vərəqə almasında böyük “əməyi” olan Suares bu hərəkətinə görə tənqidlərlə üz-üzə qaldı.

“Liverpul” da onun “şıltaqlığından” öz payını alıb
 
Luis keçən mövsüm yay fasiləsi dönəmində yenə mətbuatın diqqətlərini üzərinə çəkməyi bacarmışdı. Belə ki, onun tez-tez “Liverpul”dan ayrılmaq istədiyini bildirməsi bir çox klubun “iştahını qabartmışdı”. Bu fürsəti əldən qaçırmaq istəməyən “Arsenal” “Liverpul”a oyunçunun müqaviləsindəki  “40 milyon avroya azad agentə çevrilər” maddəsindən istifadə etməyə çalışdı, lakin Suares son anda “Liverpul”la müqaviləni yeniləməyi qərara aldı.

Son qurban Kyellini
 
Suaresin son qalmaqalı isə İtaliya ilə matçda qeydə alındı. Bu dəfə dişinə Kyellinini keçirtdi. Uruqvaylı rəsmiləri şəkildəkilərin fotoşop olduğunu bəyan etsələr də, FİFA-nı inandırmaq mümkün olmadı. Beləcə, Suares Uruqvay millisinin 9 matçını buraxmaqla yanaşı, 4 ay heç bir futbol müsabiqəsində iştirak edə bilməyəcək. 

P.S.  Əlbəttə, heç kim istəməz ki, Suares kimi istedadlı futbolçu belə şeylərə görə futboldan kənarda qalsın. Amma bu da var ki, təkcə yaxşı futbolçu olmaqla iş bitmir! Gərək yaxşı da insan olasan. Çünki yüzminlər sənin oyununu izləyir, azyaşlı uşaqlar sənin hərəkətlərindən nümunə götürür. Hər bir insan kimi Luis də səhv edə bilər, amma gərək səhvlərini düzəltməyi bacarasan.  Təəssüf ki, sən səhvlərindən nəticə çıxarıb, onlar düzəltməyi bacarmadın, Luis…

Ürfan Məmmədzadə

Son yazılar

To Top