big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”nin qapıçısı rekordçular arasında

25.12.2015 , 10:44

Topaz Premyer Liqasının 2015-2016 mövsümünün ilk yarısı başa çatıb. 

Korner.az-ın məlumatına görə, çempionatın ilk 2 dövrəsinin 18 turundan sonra “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Son iki mövsümün bürünc mükafatçısı avqustun 10-da ilk matçına çıxdığı çempionatın ilk yarısının son oyununu dekabrın 19-da 131 gündən sonra keçirib. Bir sözlə, mövsümün ilk hissəsi “qırmızı-qaralar” üçün 132 gün davam edib.

10.08.2015. Qəbələ – Qarabağ (Ağdam) – 2:2

15.08.2015. AZAL (Bakı) – Qəbələ – 0:2

23.08.2015. Qəbələ – Kəpəz (Gəncə) – 1:0

12.09.2015. İnter (Bakı) – Qəbələ – 2:1

21.09.2015. Qəbələ – Sumqayıt – 1:0

25.09.2015. Rəvan (Bakı) – Qəbələ – 0:3

04.10.2015. Qəbələ – Xəzər Lənkəran – 6:0

17.10.2015. Neftçi (Bakı) – Qəbələ – 0:1

25.10.2015. Qəbələ – Zirə (Bakı) – 0:0

28.10.2015. Qəbələ – AZAL (Bakı) – 0:0

01.11.2015. Qəbələ – Kəpəz (Gəncə) – 1:2

09.11.2015. Qəbələ – İnter (Bakı) – 1:1

21.11.2015. Sumqayıt – Qəbələ – 2:2

30.11.2015. Qəbələ – Rəvan (Bakı) – 1:1

06.12.2015. Xəzər Lənkəran – Qəbələ – 0:1

13.12.2015. Qəbələ – Neftçi (Bakı) – 0:1

16.12.2015. Zirə – Qəbələ – 1:0

19.12.2015. Qarabağ (Ağdam) – Qəbələ – 1:1

* “Qəbələ” keçirdiyi 18 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib və 4 dəfə uduzub, 28 xal toplayıb. Öz meydanında 10 matçda 3 qələbə, 5 heç-heçə və 2 məğlubiyyəti olan komanda 14 xal qazanıb. Səfərdəki 8 oyunda 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə eyni sayda – 14 xal yığıb.

* “Qırmızı-qaralar” 5-8-ci turlarda ardıcıl 4 qələbə qazanıb. “Qəbələ” 9-14-cü turlarda 6 oyun qalib gələ bilməyib.

* Roman Qriqorçukun yetirmələri 12-14-cü turlarda ardıcıl 3 heç-heçə edib. Komanda 2-8-ci turlarda 7 matçı “sülhsüz” keçirib.

* “Qırmızı-qaralar” 5-10-cu turlarda 6 məğlubiyyətsiz qarşılaşma keçirib. 16-17-ci turlarda isə ardıcıl iki oyun xalsız qalıb.

* “Qəbələ” qarşılaşdığı 9 rəqibin birindən – “Xəzər Lənkəran”dan 6 xal alıb. “Rəvan”, “Sumqayıt”, AZAL-la görüşlərdə 4 xal qazanan komanda “Neftçi” və “Kəpəz”lə görüşlərdə 3 xal yığıb. “Qarabağ”dan 2 xal alan “qırmızı-qaralar” “İnter” və “Zirə” ilə matçlarda 1 xalla kifayətlənib.

Qol:

* “Qəbələ” 18 turda 24 qol (orta hesabla 1,333) vurub, 13-nü (0,722) buraxıb.

* Komanda öz meydanında 13 top (1,300) vurub, 7-ni (0,700) buraxıbsa, səfərdə 11-ni vurub (1,375) və 6-nı (0,750) buraxıb.

* “Qırmızı-qaralar” ilk 8 turda ardıcıl qol vurub. 9-10-cu və 16-17-ci turlarda iki oyun qolsuz keçirib.

* “Qəbələ” 5-10-cu turlarda ardıcıl 6 “quru” oyunda qapısını toxunulmaz saxlayıb. 11-14-cü turlarda ardıcıl 4 matçda qol buraxıb.

* 4-cü turu buraxıb, 2-10-cu turlarda keçirdiyi 8 matçda qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnı 729 dəqiqəlik “quru” seriyaya nail olub. Qapıçı klub tarixində 2-ci, Azərbaycan çempionatları tarixində 14-cü nəticə ilə yanaşı, dünya rekordlarının yer aldığı İFFHS siyahısına düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi arxada qoyub.

* Bütün komandaların qapısına yol tapan “qırmızı-qaralar” “Xəzər Lənkəran”ı 7, “Rəvan”ı 4 dəfə məyus edib.

* “Qəbələ” 1-ci hissədə 11, fasilədən sonra 13 qol vurub. Komandanın buraxdığı toplardan 7-si ilk, 6-sı ikinci hissədə qeydə alınıb.

* Komandanın ən yaxşı bombardiri Aleksey Antonovdur – 6 qol.

* Ümumilikdə “Qəbələ”nin 7 oyunçusu qol sevinci yaşayıb. Antonovdan başqa Aleksey Qayla Fakundo Pereyra hərəyə 4, Ermin Zetslə Samir Zərgərov hərəyə 3, Dodo 2, Sergey Zenyov 1 dəfə fərqlənib.

* Daha bir qol avtoqol müəllifi olan “Sumqayıt”lı Cəmil Hacıyevin hesabındadır.

* Komandanın yerinə yetirdiyi 3 penalti zərbəsindən ikisi qolla nəticələnib. Aleksey Qay hər iki imkandan yararlanıb. Dodo isə yeganə penaltisini qaçırıb.

* Qapıya təyin olunan yeganə 11 metrlik cərimə zərbəsini Dmitri Bezotosnı buraxıb.

* Komanda mövsümün ilk yarısında 3 qapıçıya güvənib. Andrey Popoviç 8, Dmitri Bezotosnı 4, David Pietrzkieviç 1 qol buraxıb.

* Mövsümün ilk yarısında futbolçular bir dubla imza atıb. Bir oyunda 2 qol vurmaq Fakundo Pereyraya nəsib olub.

Digər məqamlar:

* 18 turda “Qəbələ”ni meydana 4 kapitan çıxarıb. Dodo 13, Aleksey Qay 3, Rəşad Sadiqovla Ürfan Abbasov hərəyə 1 dəfə matça kapitan sarğısı ilə başlayıb.

* Komandanın 10 ev oyununda 13650 tamaşaçı qeydə alınıb. Ən çox seyrçi 1-ci turun “Qarabağ”la matçında təsadüf olunub – 3200.

* “Qəbələ” mövsümün ilk yarısında 2 böyükhesablı qələbə qazanıb. Komanda 6-cı turda “Rəvan”ı 3, növbəti matçda “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub edib.

* “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk 18 turda 26 futbolçuya şans verib. Onlardan yalnız ikisi – Aleksey Qay və Aleksey Antonov bütün oyunlarda iştirak edib.

* 26 oyunçudan 15-i matçların yarıdan çoxunda iştirak edib.

* Futbolçular iki dövrə ərzində 34 sarı, 1 qırmızı vərəqə ilə cəzalanıb. Yeganə qırmızı Rəşad Sadiqova göstərilib.

* 15 oyunçu sarı vərəqə alıb ki, Elvin Camalov hamıdan çox – 5, Arif Daşdəmirov 4 dəfə cəzalanıb.

gabalafc.az

Son yazılar

To Top