big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”dən yeni rekordlar

17.05.2015 , 05:37

Azərbaycan Premyer Liqasının 34-cü turunda evdə “İnter”lə 1:1 bərabərə qalan “Qəbələ” uğurlu seriyalarına daha bir matç əlavə edib.

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” ardıcıl 5-ci ev oyununu məğlubiyyətsiz başa vurub. 

Premyer Liqada 11-ci 

Fevralın 15-də “Neftçi” ilə ev oyunundan (1:3) xalsız ayrılan “Qəbələ” 90 gündür çempionat matçlarında uduzmur. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən seriya müddətində “qırmızı-qaralar” 11 məğlubiyyətsiz matçda 29 xal qazanıb. Komandanın tarixində ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2011-ci ildə qeydə alınıb və 16 matçdan ibarət olub. 2010-cu ildə 12 matçlıq seriyası olan komanda indi tarixinin 3-cü nəticəsinə imza atıb.

Evdə 5-ci

“Qəbələ” öz meydanındakı məğlubiyyətsiz oyunların sayını 5-ə çatdırıb. “Neftçi”yə uduzduqdan sonra Roman Qriqorçukun komandası “Xəzər Lənkəran” (3:1), “Sumqayıt” (2:0), “Simurq” (1:0) və “Qarabağ”la (1:1) ev oyunlarında da məğlubiyyət acısı yaşamayıb. “İnter”lə görüşdə isə ardıcıl 2-ci ev heç-heçəsi qeydə alınıb və yenə eyni nəticə ilə başa çatıb.

12-ci qollu oyun

“Simurq”la fevralın 10-da baş tutan qarşılaşmadan sonra Qriqorçukun komandası 12 matçdır meydanı qolsuz tərk etmir. Həmin görüşlərdə “Qəbələ” 22 dəfə qol sevinci yaşayıb. Klub tarixinin rekorduna imza atan “qırmızı-qaralar” 2006/2007 mövsümündən çıxış etdiyi Premyer Liqada daha məhsuldar seriyaya malik olmayıb.

Aleksey Qay rekordunu təkrarladı

“İnter”lə qarşılaşmada hesabı açan Aleksey Qay Premyer Liqada 4-cü qolunu vurub. Maraqlıdır ki, o, bakılılarla III dövrənin paytaxtdakı oyununda da 1 qolla 2:1 hesablı qələbədə pay sahibi olub. Bu dəfəki qol həm də yarımmüdafiəçinin karyerasının rekordunu təkrarlaması ilə nəticələnib. Belə ki, 2014/15 mövsümünün ilk yarısını “Çernomorets”də keçirən futbolçu Ukrayna Premyer Liqasında da 4 qol vurub. Bu isə o deməkdir ki, Qay mövsümdə 8-ci çempionat qoluna imza atıb. Yarımmüdafiəçi üçün indiyədək ən məhsuldar mövsüm olan 2005/06-da da o, 8 dəfə fərqlənib. Həmin vaxt Aleksey “İliçevets”də 8 qola imza atıb. 

40-cı heç-heçə

“İnter”lə heç-heçə “Qəbələ”nin ev oyunlarındakı 40-cı bərabərliyidir. Bunların 33-cü Premyer Liqa, 7-si kuboka təsadüf edib. “Qırmızı-qaralar”ın indiyədək öz meydanında keçirdiyi 173 oyunda 85 qələbə və 48 məğlubiyyəti də var. Bu qarşılaşmalarda top fərqi 246-127-dir.

Santos 50-yə çatdı

“İnter”lə oyun Rafael Santosun “Qəbələ”də 50-ci oyunu olub. “Qırmızı-qaralar”ın heyətində 2-ci mövsümünü keçirən müdafiəçi 42 çempionat, 6 kubok və 2 avrokubok qarşılaşmasının iştirakçısı olub. Özünün debüt – 2013/14 mövsümündə 15 Premyer Liqa və 3 kubok matçında forma geyən cənubi amerikalı cari mövsümdə 3 turnirin iştirakçısı olub. Avropa Liqasının 2 qarşılaşmasından sonra cənubi amerikalı 27 çempionat və 3 kubok oyununda çıxış edib. Rafael “Qəbələ”də 50 və daha çox oyun keçirən 27-ci futbolçudur.

Son yazılar

To Top