big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”dən 5 qələbə

15.10.2015 , 07:12

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. 

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son bir həftədə “Qəbələ” komandalarının iştirakı ilə 6 qarşılaşma baş tutub. 

Bunların 5-də qalib gələn “qırmızı-qaralar” yüksək məhsuldarlığı ilə də seçilib. “Qəbələ”nin komandaları 6 oyuna 48 qol vurub.

U-19 yeni mövsümə “Bakı” ilə səfər oyunu ilə start verib. Komanda məhsuldar keçən matçda 3:4 hesabı ilə uduzub. “Qırmızı-qaralar” sabah keçiriləcək II turda “Qarabağ”ı qəbul edəcək.

II turda AZAL-ı evdə 8:1 hesabı ilə məğlub edən U-17 altı xalla çempionatın lideridir. İzləyicilərini top fərqində qabaqlayan komanda oktyabrın 19-da “Vətən” RİOEUGİM-in qonağı olacaq.

U-16 Liqasının ilk turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ev oyununda 12:0 hesablı qələbə qazanıb. Komanda turun ən böyük hesabına imza ataraq liderliyi ələ alıb. “Qəbələ” oktyabrın 15-də “Əlincə”nin qonağı olacaq.

Ardıcıl 4 böyükhesablı qələbə qazanan U-15 komandası bu dəfə “Neftçi” PFK üzərində minimal fərqli səfər qələbəsi qazanıb – 2:1. 15 xalla top fərqinə görə 1-ci olan “Qəbələ” oktyabrın 16-da AZAL-ı qəbul edəcək. Komandamızın üzvü Məhəmməd Məhərrəmov 8 qolla bombardirlər yarışında hamını qabaqlayır.

U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında ilk turun oyunları keçirilib. U-12 Yevlax “UGİM-Rabitəçi”sini məğlub edib – 11:0. “Qırmızı-qaralar” II turda Şəki təmsilçisi “Şorsu” ilə qarşılaşacaq.

U-11 Liqasında “Qəbələ” ilk turda istirahət edib. Komanda ilk oyununu İsmayıllı UGİM-inə qarşı keçirəcək. İlk turda Zaqatala “Viktoriya”sı ilə qarşılaşan U-10 böyükhesablı qələbə qazanıb – 12:0. Komanda II turda Qəbələnin digər təmsilçisi UGİM-lə üz-üzə gələcək.

Son yazılar

To Top