big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qəbələ”dən 20-ci start

12.09.2024 , 22:47

“Qəbələ” 2024-2025-ci illər mövsümünə sabah start verəcək.

Korner.az xəbər verir ki, “qırmızı-qaralar” I Liqada I turun matçına çıxacaq. Kaxaber Tsxadadzenin yetirmələri Qəbələ şəhər stadionunda “Zaqatala” ilə üz-üzə gələcək.

Bu, komandanın Azərbaycan çempionatlarında 20-ci mövsümü olacaq. Debütü 2005-2006-cı illər mövsümünə təsadüf edən “qırmızı-qaralar” ilk oyununu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib.

Birinci dəstənin (indiki I Liqa) ilk turundakı ev matçında “Qəbələ” 8:0 hesabı ilə qalib gəlib. Həmin mövsümdə aşağı liqanın qalibi olan bölgə klubu Premyer Liqaya yüksəlib. Burada ardıcıl 18 mövsüm çıxış edən “Qəbələ” iki gümüş (2016-2017, 2017-2018) və üç bürünc (2013-2014, 2014-2015, 2015-2016) medal qazanıb.

“Qəbələ” ölkə çempionatlarındakı 19 mövsüm ərzində iki liqada ümumilikdə 570 oyun keçirib. Bunların 225-də qələbə qazanan komanda 149 heç-heçə edib və 196 dəfə meydanı xalsız tərk edib.

“Qəbələ” ilk turdakı rəqibi “Zaqatala” ilə ikinci dəfə qarşılaşacaq. Komandaların yolları 2016-2017-ci illər mövsümündə Azərbaycan kubokunun 1/8 finalında kəsişib. 2:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında “qırmızı-qaralar” daha dəqiq olub – 4:1. Həmin qarşılaşmada komandamızın qollarını Voislav Stankoviçlə Rəşad Eyyubov vurublar.

“Qəbələ” Zaqatala təmsilçiləri ilə ümumilikdə 33 dəfə qarşılaşıb. 2005-2006-cı illər mövsümündə birinci dəstədə “Simurq”a iki dəfə (2:0, 3:1) qalib gələn “qırmızı-qaralar” bu rəqiblə həm Premyer Liqa, həm kubokda da üz-üzə gəlib. Zaqatala klubları ilə ümumilikdə 33 matçda 13 qələbə qazanan “Qəbələ” 11 heç-heçə edib və 9 görüşdə məğlub olub. Bu oyunlarda 35 qol vuran komanda 32 top buraxıb.

Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zaqatala” matçı saat 17:00-da başlayacaq.

Son yazılar

To Top