big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qəbələ”dən 10-cu Türkiyə səfəri (STATİSTİKA)

06.01.2014 , 08:40

2013/14 mövsümünün ilk yarısını 2-ci pillədə başa vuran “Qəbələ”nin qış fasiləsini hazırlıq məqsədilə Türkiyədə keçirəcəyi barədə məlumat vermişdik. 

Korner.az-ın məlumatına görə, artıq qonşu ölkədə olan “qırmızı-qaralar” Türkiyəyə ilk dəfə 2006-cı ilin yayında qədəm qoyub.

Bununla “Qəbələ” 10-cu dəfədi ki, təlim-məşq toplanışı üçün Antalyaya üstünlük verir. Bundan başqa Avstriya, Sloveniya və İngiltərədə də hazırlıq keçirən komanda indiyədək 9 dəfə Türkiyədə toplanışda olub. 6-cı dəfə qışda qonşu ölkəyə yollanan komanda burada ümumilikdə 38-i xarici klublarla olmaqla 40 qarşılaşmada qüvvəsini sınayıb. Daha 2 matçda isə “Qəbələ” “Neftçi” ilə görüşüb. 

Ümumilikdə isə ölkə xaricində 51-i əcnəbilərlə olmaqla 53 yoxlama matçına çıxan “qırmızı-qaralar” bu dəfə daha 6 görüşdə qüvvəsini sınayacaq. 2-si Qəbələdə, 5-i xaricdə olmaqla 53 dəfə xarici klubları sınağa çəkən “Qəbələ” bu ilin yanvarında 6 oyuna çıxacaq.

Bu qədər çox oyunun keçirilməsi 1 il əvvəlki rekordun təkrarıdı. Digər toplanışlarda isə komanda 3-5 matçla kifayətlənirdi. Bu dəfəki 6 qarşılaşmadan dördündəki rəqib artıq bəllidi. Onlardan biri – “Konyaspor”la “Qəbələ” 2008-ci ilin yayında da qarşılaşmışdı. 6 il əvvəlki görüşdə qapılara qol vurulmamışdı. Bu matç Türkiyə təmsilçiləri ilə yubiley – 15-ci yoxlama oyunu olacaq. Bunadək 7 qələbə qazanan “Qəbələ” 3 heç-heçə edib və 4 dəfə uduzub. Top fərqində isə təmsilçimiz böyük üstünlüyə malikdi – 28:11. Rəqiblər arasında isə “Trabzonspor” və “Gənclərbirliyi” kimi tanınmış klublar da olub. Düzdü, hələ rəqibin dəqiqləşmədiyi tarixdə – yanvarın 10-da Türkiyə komandası ilə matç baş tutsa da, yubiley ertələnəcək.

Yanvarın 13-də “Tobol”, 1 həftə sonra Semipalatinsk “Spartak”ı ilə görüşəcək “Qəbələ” indiyədək Qazaxıstan klubları ilə 2 dəfə görüşüb. Təmsilçimiz həm “Taraz” (0:1), həm də “Atırau”ya (1:2) uduzub.

“Volqa” isə “qırmızı-qaralar”la görüşəcək 4-cü Rusiya klubu olacaq. Əvvəlki 3 matçda “Qəbələ” məğlub olmayıb. Təmsilçimiz 1 qələbə qazanıb 2 heç-heçə etdiyi görüşlərdə 4 top vuraraq 3-nü buraxıb.

Son yazılar

To Top