“Qəbələ”də itki
08.08.2022 , 13:42
“Qəbələ” Azərbaycan Premyer Liqasının 1-ci turunda “Turan Tovuz”la səfər oyununa itki ilə çıxacaq.
Korner.az klubun saytına istinadən xəbər verir ki, komandanın futbolçusu Rüfət Əhmədov zədələnib. Müdafiəçi görüşə hazırlıq proses zamanı sıradan çıxıb.
“Turan Tovuz” – “Qəbələ” oyunu bu gün saat 17:00-da başlayacaq.