big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ” “Zenit”dən sonra ikincidi

11.10.2012 , 17:23

“Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası Sankt peterburqda "Gənc istedadlar" adlı turnirə start verib.

Korner.az klubun saytına istinadın xəbər verir ki, Sankt-Peterburqda təşkil olunan “Gənc istedadlar” beynəlxalq turnirində çıxışını davam etdirən “Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası qrup mərhələsində ikinci oyununu keçirib.

Komanda Latviya təmsilçisi “Ştik”lə münasibətlərini aydınlaşdırıb. Matç ilk dəqiqələrdən sonadək “Qəbələ”nin üstünlüyü ilə davam edib. Bütün oyunu sürətli hücumlarla keçirən Ülfət Mədətovun yetirmələri matç ərzində bir neçə qol epizodu yaratsalar da, hesab açılmayıb. Xüsusən Təbriz İsazadə və Samir Qurbanov hücum xəttindəki fəallıqları ilə fərqləniblər. Lakin futbolçuların hesabı açmasına iki epizodda qapı dirəyi, bir neçə məqamda isə qeyri-dəqiqlik imkan verməyib.

Beləliklə, “Qəbələ” qrupda keçirdiyi ikinci matçdan sülhlə ayrılıb və xallarının sayını 4-ə çatdırıb. Qrupa 6 xalla Rusiya təmsilçisi “Zenit” başçılıq edir. “Qəbələ” isə ikinci pillədə qərarlaşıb. Qrupun növbəti oyunları oktyabrın 13-ü baş tutacaq. “Qəbələ” “Strogina” və “Zenit”lə üz-üzə gələcək.  

Son yazılar

To Top