big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ” “Şaxtyor”dan futbolçu alır

19.04.2012 , 20:23

“Qəbələ” – “Şaxtyor” əməkdaşlığı çərçivəsində növbəti addım atılıb. Korner.az-ın məlumatına görə, klubuın baş meneceri Zaur Əzizov, əsas komandanın məşqçisi İbrahim Bakır və seleksiyaçı İsmayıl Əliyev klublar arasında imzalanan protokola əsasən Donetskdə ikigünlük səfərdə olublar. Bu haqda klubun rəsmi saytına açıqlama verən Zaur Əzizov səfərin seleksiya xarakteri daşıdığını bildirdi:

“Şaxtyor” klubu əsas komandanın və əvəzedici heyətin “Zorya” ilə qarşılaşmalarını izləmək üçün bizi Ukraynaya dəvət etmişdi. Bildiyiniz kimi “Şaxtyor” Futbol Akademiyasının yetirmələri hazırda Ukrayna Premyer Liqasının müxtəlif klublarında icarə əsasında top qovurlar. “Şaxtyor” klubunun nümayəndələri bu futbolçuların çıxışını diqqət mərkəzində saxlamağımızı istədi. Eyni zamanda əvəzedici heyətdə gənc və perspektivli futbolçuların komandamıza cəlb olunması ilə bağlı müzakirələr baş tutdu. Komandamızın məşqçisi İbrahim Bakır və seleksiyaçı İsmayıl Əliyevlə bərabər adıçəkilən matçları izlədik.”

Zaur Əzizov bir neçə futbolçunun diqqətlərini çəkdiyini söylədi: “Matçlardan sonra elə Donetskdə məşqçilərimizin iştirakı ilə kiçik toplantı keçirdik. Həm İbrahim Bakır, həm də İsmayıl Əliyev əvəzedici heyətdə çıxış edən gənclərin komandamıza cəlb oluna biləcəyini bildirdi. Təbii ki, bir oyunla yekun qərar vermək olmaz. Həmin gənc futbolçuların durumu ilə bağlı “Şaxtyor” nümayəndələri ilə görüşümüz olacaq. Əgər onların komandamıza gəlişi ilə bağlı hər iki klub ilkin razılıq əldə etsə, o zaman məşqçilərimiz futbolçuları ən az daha bir dəfə meydançada izləyəcək, eyni zamanda mövsüm ərzində keçirilən oyunların videoyazısına baxacaq və sonda yekun qərar veriləcək.”

“Şaxtyor”la əməkdaşlığın miqyasının zaman keçdikcə daha da genişlənməkdə olduğunu bildirən Zaur Əzizov bəzi mövzularda Ukrayna təmsilçisi ilə məsləhətləşmələr apardıqlarını vurğuladı: “Ümumiyyətlə hazırda klublararası münasibət çox yüksək səviyyədədir və istər əsas və əvəzedici komanda çərçivəsində, istərsə də akademiya məsələləri ilə bağlı daim qarşılıqlı müzakirələrimiz olur. Səfərimiz zamanı da bizə lazımi köməyi göstərdilər. Tək qarşılıqlı işlərimizlə bağlı deyil, ümumilikdə hazırkı və gələcək planlarımızı da onlarla bölüşürük. Təbii ki, işlərimizi möhkəm qurmaq üçün bizim hazırda görməkdə olduğumuz işləri yekunlaşdırmış təcrübəli klub kimi “Şaxtyor”dan məsləhətlər alırıq”.

Son yazılar

To Top