Qəbələdə qolsuz heç-heçə, “Sumqayıt”dan qələbə
19.09.2020 , 21:10
Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib.
Korner.az xəbər verir ki, bu gün iki görüş baş tutub. Günün ilk oyununda “Qəbələ” “Keşlə”ni qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 0:0.
Günün ikinci görüşündə isə “Səbail” “Sumqayıt”ın qonağı olub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
III tur
19 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Keşlə” – 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu
19:15. “Sumqayıt” – “Səbail” – 2:1
Qollar: Süleyman Əhmədov, 9, Əli Qurbani, 32 – Rauf Əliyev, 21
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”