big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Qəbələ” ilə yanaşı, “Qarabağ” və “Neftçi”də bizim uşaqları yığıb aparır” (LAYİHƏ)

24.09.2017 , 17:14

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində iyirminci yazısı.

Gəncə Azərbaycanın “Futbol Məkkəsi”dir. Bu fikri hər kəs təsdiq edir. Sovetlər İmperiyasının tərkibində olduğumuz dönəmlərdə “Neftçi” ilə yanaşı, Azərbaycan futbolunun “lokomotiv”i rolunu məhz “Dinamo” Kirovabad oynayırdı. Ancaq ölkəmiz müstəqillik qazandıqdan sonra Gəncə futbolu üzərinə götürdüyü rolu başqalarına verməyə başladı. Hazırda Premyer Liqada sonuncu sıralarda qərarlaşan “Kəpəz”in durumu hər kəsi əndişələndirir. Görünür ölkəmizdə ən çoxsaylı azarkeş kütləsinə malik olan Gəncə əfsanəvi “Kəpəz”inin geri dönüşünü çox gözləməli olacaq. Nə qədər acınacaqlı olsa da, ölkəmizin ikinci böyük şəhərində iddialı klubun formalaşdırılması üçün infrastruktur yoxdu və tez bir zamanda bu problemin həll olunması gözlənilmir. Əsas komandanın düşdüyü ağır vəziyyətin fonunda “Kəpəz”in gələcəyi necə görünür?Klubun aşağı yaş qrupları üzrə komandalarında hansı işlər görülür?Gəncə klubunda gənclər futbolunun inkişaf proqramının icrası sabiq futbolçu, hazırda “Kəpəz”in əvəzedicilərinin baş məşqçisi olan Azər Məmmədovun nəzarətindədir: “Hazırda bizə uşaq-gənclər futbolunun axsamasını sırf infrastrukturla bağlı olduğunu deməliyəm. Şəraitlə əlaqədar olaraq, bu istiqamətdə ciddi nailiyyətlər qazanmaq mümkün deyil. Düzdür, digər klublarda stadion, baza məsələləri yavaş-yavaş yoluna qoyulur. Ancaq bu da azdır. Sadəcə bir misal çəkim. “Qarabağ”ın 19 yaşlı futbolçularının “Çelsi”li həmyaşıdları ilə qarşılaşmasını çoxumuz izlədik. London klubunun təlim-məşq bazasında keçirilən oyunda şəraiti öz gözlərimizlə gördük.

Saysız-hesabsız meydançalar, 28 öt örtüklü stadion, gənclərin bazada qalması üçün yüksək şərait yaradılıb. Belə olan təqdirdə, futbolçu necə yetişməsin?Bizim futbolumuzun, klublarımızın həmin səviyyəyə çatması üçün yəqin ki, çox vaxt lazımdır. Bizim gənclərlə çalışan məşqçilərimizin əsas düşüncəsi odur ki, məşqi harada keçim? Həmçinin, çoxları kimi məşqçilər də diqqətini məşqlə yanaşı, maddi qayğılarını təmin etməyə yönəldir. Oyun sayının azlığı da öz sözünü deyir. Tez-tez müxtəlif beynəlxalq turnirlər keçirilir, reqlament dəyişir. Aşağı yaş qrupları üzrə komandaların iştirak etdiyi çempionat matçları vaxtından əvvəl yekunlaşır. Bu çox pisdir. Həmin futbolçular növbəti turnirdə çıxış etmək üçün 5-6 ay gözləyirlər. Avropada belə şey yoxdur. 5-6 ay ərzində ancaq məşqlə orqanizmi inkişaf edən gəncləri məhv edirik. Belə boşluqlar aradan qaldırılmalıdı. Buna baxmayaraq, biz işimizin öhdəsindən gəlirik. Uşaqları tapırıq, onları üzə çıxarırıq, məşq keçirik və müəyyən bir səviyyəyə gətirib çıxarırıq”. 
“Komandaların sayı çox olsaydı, belə problemlər yaşanmazdı”
“Kəpəz”in sabiq üzvü gənc futbolçuların “irəli getməsinin” qarşısını alan əsas problemin kökünün haralara gedib çıxması haqqında da bəhs etmək qərarına gəldi:
“Azərbaycanda gənc futbolçular əvəzedici heyətə qədər yüksəldikdən sonra ciddi problemlər yaşanmağa başlayır. Təsəvvür edin, klubun gənclər komandasında 20-22 futbolçu olur, hamısı da gənc. Onlardan cəmi 1-2 nəfərin əsas heyətə düşmək şansı olur, bəzən heç o da olmur. Bəs qalanları? Bu hər klubda belədir. Əgər ölkə çempionatında komandaların sayı çox olsaydı, belə problemlər yaşanmazdı. Əvvəllər Bərdədə, Tərtərdə yetişən oyunçu öz rayonunun komandasında oynayırdı, indi isə həmin uşaqların içərisindən imkanı olanlar Gəncəyə, Bakıya gedir. Bunu isə hamı edə bilmir, indiki vəziyyətdə valideynlərin çoxunun belə bir imkanı yoxdur. Hazırda ölkə ərazisinin 90 faizində futbol adına heç nə yoxdur. Digər tərəfdən əsas komandaların məşqçilər korpusu gənclərə şans verə bilmir, çünki, onlardan nəticə tələb olunur. Azərbaycanda gənclərə inamın az olması da öz sözünü deyir. Yekunda min bir əziyyətlə yetişdirdiyimiz oyunçular ya hərbi xidmətə yollanır, ya da ki, futbolu atır. Onların böyük bir qismi Birinci Divizionda maaş az olduğu üçün orada oynamaq istəmirlər. İstedadlı uşaqlarımız həddindən artıq çoxdur. Elə Gəncə şəhərini götürək. Şəhərin müxtəlif yerlərində məşq keçən uşaqların adi idman ləvazimatları belə yoxdur, mən hələ topları demirəm. Demək olar ki, heç bir uşaq normal topla məşq keçmir. Bütün bunlar varkən, futbol necə inkişaf edə bilər? Hər şey uşaq futbolundan başlayır”.

“Adi bir ötürməni başa sala bilməyənlər var”
Azər bəy, son zamanlar xeyli sayda məşqçinin kateqoriyaya yiyələnməsinə baxmayaraq, onların bəzilərinin yeniyetmələrlə adi məşq prosesini aparmağa belə bilgisinin olmadığı qənaitindədi:”Kurslarda iştirak edirik, kateqoriyaya sahib oluruq. Əsas məsələ ondan sonrakı prosesdi. Klublara qayıdırıq, başlayırıq yenə əvvəlki qaydada işləməyə. Lazım olan düzəlişləri edə bilmirik, uşaqlara normal göstəriş verə bilmirik. Bəli, bunları etiraf etməliyik. Futbol üslübunu, necə oynamaq lazımdır, meydanda necə davranmaq gərəkir, bütün bunları uşaqlara çatdırmırıq. Biz məşqçi lisenziyasını əldə edəndə, daim deyirlər ki, uşaqlarla onların başa düşdüyü “dildə” danışmalıyıq. Ancaq təəssüflər olsun ki, bir çox məşqçinin öz metodu var və ondan vaz geçmək fikrində deyillər. Futboldan anlayışı olmayanlar, adi bir ötürməni başa sala bilməyənlər də var. Sonda isə bütün sadaladıqlarımı bir yerə topladıqda mövcud durum ortaya çıxır. Azərbaycanın qərb zonası, Gəncə şəhərinin özü futbolla “nəfəs alır”. Sizi inandırım ki, burada oyunçu özü-özünə yetişir. Ancaq potensiallı uşaqların çoxunun “Qəbələ”nin uşaq futbol akademiyasına getməsinin qarşısını ala bilmirik. Orda olan şəraiti hamı yaxşı bilir. Bütün respublika “Qəbələ”nin uşaqlar üçün yaratdığı infrastrukturdan danışır.

Valideynlər də uşaqlarının Qəbələyə yollanmasını istəyir. Biz onları da başa düşürük. “Kəpəz” klubu olaraq bu problemin qarşısını almağa çalışırıq. İstəyirik ki, istedadlı uşaqlarımız başqa komandalara getməsin. Stadionda onlar üçün az da olsa, şərait yaradırıq. Valideynlərlə problemlər yaşayırıq, onlar uşaqlarının daha yaxşı yerdə məşq etməsini tələb edirlər. Haqlı tələbdir. Onlarla müqavilə bağlayırıq. Buna baxmayaraq, “Qəbələ” ilə yanaşı, “Qarabağ” və “Neftçi”də bizim uşaqları yığıb aparır. Gəncədə olan uşaq-gənclər idman məktəblərinin məşqçiləri yetişdirdikləri futbolçuları həmin klublara pulla satırlar. Biz bunun da qarşısını almağa çalışırıq. İstəyirik ki, Gəncədə futbolun sirlərini öyrənən uşaq “Kəpəz”də çıxış etsin. “Kəpəz”də 9 yaş qrupu üzrə komandalar var. Nəticələrimiz də pis deyil. Müxtəlif yaş qruplarında medallar qazanmışıq. Ötən illərə nisbətən 17 və 19 yaşlılarımız yaxşı təsir bağışlayır. Bu bizi sevindirir. Onlar bir neçə ildən sonra əsas komandanın üzvlərinə çevrilə bilər”. 
“Kəpəz”də gənclərin inkişafını diqqətdə saxlayan mütəxəssis bütün çətinliklərin fonunda “işıq ucunun” olduğuna da işarə vurdu. Belə ki, bu ildən etibarən Gəncə klubu yeniliyə imza atıb: “Komandamızın rəhbərliyi yerli Təhsil İdman Mərkəzi ilə müqavilə bağladı. Müqavilənin şərtlərinə əsasən, idman mərkəzində 15 yaşa qədər uşaqların məşq etdiyi futbol bölməsi “Kəpəz”in balansına keçdi. Bu isə o deməkdir ki, yaxın gələcəkdə biz əsas komandamızda xeyli sayda yerli gənc futbolçuları görə bilərik. O vaxt belə idi. 90-cı illərin əvvələrində “Kəpəz”də gəncəli oyunçu həddindən artıq çox idi. Biz buna nail olmaq istəyirik. Sistemli şəkildə iş aparsaq, 7-10 ildən sonra düşünürəm ki, əsas heyətimiz öz futbolçularımızın hesabına güclənəcək”. 
Problemlər girdabında çabalayan Gəncə futbolunda gənclərin ən çox nəyə ehtiyacı olduğunu Məmmədov hamıdan yaxşı bilir. Mütəxəssis bizlər üçün çox maraqlı olan məqamı söyləməyi özünə borc bildi:”Bizim əsas problemimiz meydançadır. Hazırda süni örtüklü stadionlar tikilərsə, bu problem qismən aradan qalxar. Məşq etmək üçün meydançımız yoxdur. Bildiyimə görə, Mərdəkanda yerləşən “Dalğa Arena”nın süni örtüklü qazonu Gəncəyə gətirilib. İndi ümidlə yaşayırıq ki, həmin meydança döşəndikdən sonra problemin bir hissəsi aradan qalxacaq. Orada məşq keçmək rahatdır. İndi Gəncədə çoxlu uşaq komandaları peyda olub.

Uşaqları bir yerə toplayırlar və adını qoyurlar ki, komanda yaratdıq. Oyunlara çıxıb 15-20 hesabı ilə məğlub olurlar. Bir uşağın komandası 20 top buraxırsa, həmin uşaq gələcəkdə necə futbolçu ola bilər? Elə udan komandanın da inkişafından danışmağa dəyməz. Rəqibi aşkar üstələyən oyunçu özünün çatışmamazlığını görə bilməz. Belə komandaları yaradanlar bilirlər ki, AFFA tərəfindən onlara oyunlara getmək üçün pul ayrılacaq. Ləvazimatla təmin olunacaqlar, ona görə də tez-tez elə kollektivlərin yaradılması haqqında eşidirik. Onların olmasından, olmamağı daha yaxşıdı. Mən düşünürəm ki, kəmiyyətdənsə, keyfiyyət olmalıdı. 10 normal komanda 4 dövrəli sistemlə çıxış etsin, o zaman həm oyun sayı çox olacaq, həm də inkişaf gözləməyə dəyər”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

To Top