big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ” “Beşiktaş” və “Fənərbağça” ilə qarşılaşacaq

13.09.2012 , 05:11

Aşağı yaş qruplarının futbol bacarıqlarının və təcrübələrinin artırılması məqsədilə mütəmadi olaraq ölkə xaricində təlim-məşq toplanışları keçirən “Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünün ilk səfərini reallaşdırmağa hazırlaşır.

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 16 yaşa qədər futbolçulardan ibarət komandının iştirakı ilə baş tutacaq sözügedən səfərin ünvanı İstanbul olacaq.

Məkanın İstanbul olması isə heç də təsadüfi deyil. “Qalatasaray”la işgüzar münasibətlərə malik “Qəbələ”nin İstanbulun digər köklü klubları – “Beşiktaş” və “Fənərbaxça” ilə əlaqələrinin yaradılması və akademiya sahəsində işbirliyinin qurulması səfərin başlıca səbəblərindəndir.

Sentyabrın 23-dən 30-dək davam edəcək təlim-məşq prosesi zamanı “Qəbələ” İstanbul nəhənglərinin U-16 komandaları ilə üz-üzə gələcək. Sentyabrın 24-də reallaşacaq ilk matçda "Qəbələ" Fulya Təsislərində “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək. İkinci matçda – sentyabrın 26-da komanda Dərəağzı Təsislərində “Fənərbaxça” ilə qarşılaşacaq. Sentyabrın 27-də “Qəbələ” fərqli ünvanda – Nevzat Demir Təsislərində yenidən “Beşiktaş”la qüvvəsini sınayacaq. Son yoxlama oyununda isə “Qəbələ”nin rəqibi “Qalatasaray” olacaq. Matç sentyabrın 28-də Florya Metin Oktay Təsislərində baş tutacaq.

Səfər müddətində komandanın üzvləri Türkiyə Superliqasının 2 matçını – “Qalatasaray” – “Akhisar Belediyespor” və “Beşiktaş” – “Sivasspor” qarşılaşmalarını izləyəcəklər. Bundan əlavə “Qəbələ”nin Türkiyənin U-14 – “U-18 yaş qrupları üzrə keçirilən “Coca-Cola” Akademiya Liqalarını izləməsi planlaşdırılır. Sözügedən addımı atmaqda məqsəd "Qəbələ"li futbolçuların xaricdə top qovan həmyaşıdlarının ustalıq səviyyəsi və futbol bacarığı ilə əyani tanışlığının təmin edilməsidir.

“Qəbələ” İstanbula aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

Qapıçı: Turxan Həsənov, Yusif Şirinov

Müdafiəçilər: Sahil Mirzəyev, Bəhlul Mustafazadə, Həsənağa İsmayılov, Ayxan Əsədov, Mirəli Məmmədzadə, Orxan Mehrəlizadə, Çingiz Hüseynov, Heydər Babayev.

Yarımmüdafiəçilər: Samir Musayev, Emin Zamanov, Yusif Nəbiyev, Əli Səmədov, Elnur Xəlilov, Tural Məmmərzayev, Fərid Əsədli.

Hücumçular: Roman Hüseynov, Viqar Əlibabayev, Ülvi İskəndərov, Coşqun Süleymanov, İsaməddin Rəsullu.

Son yazılar

To Top