“Qəbələ” AZAL-la oyun öncəsi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, şimallılar dayaq yarımmüdafiəçisi Lorentso Ebesilionun xidmətindən məhrum olub.
Holland yarımmüdafiəçi Topaz Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran”la oyununda (0:1) sürüşmə fəndindən düzgün istifadə etmədiyi üçün rəqib futbolçunu yıxmalı olmuşdu. Bunun nəticəsində baş hakim Rauf Cabbarov 14-cü dəqiqədə onu sarı vərəqə ilə cəzalandırmışdı. Bu isə onun mövsüm ərzində aldığı 8-ci vərəqə idi.
Qeyd edək ki, “Qəbələ” – AZAL oyunu aprelin 12-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.