big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ” ardıcıl 4-cü dəfə…

19.03.2015 , 08:00

“Qəbələ” Premyer Liqada ardıcıl 4-cü qələbəsini qazanıb.
 
Korner.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri XXIII turda başlanan uğurlu seriyanı XXVI turun “İnter”lə oyununda da davam etdirib. Səfərdə paytaxt təmsilçisinə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 4 oyunluq seriyada 2 dəfə ev, 2 dəfə səfərdə 3 xal əldə edib.
 
Fevralın 19-da “Xəzər Lənkəran”ı 3:1, martın 8-də isə “Sumqayıt”ı 2:0 hesabı ilə yenən komanda ev matçlarında 2 top fərqinə sevinib. Çempionatın liderləri ilə səfər oyunlarında isə fərq minimal olub. Fevralın 28-da “Qarabağ”ı 1:0, martın 18-də isə “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlinin ilk iki pilləsindəki klubları onların meydanında xalsız qoyub.
 
Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ” üçün 4 oyunluq qələbə seriyası rekord göstəricidir. 9 ildə 2 dəfə belə nəticəyə imza atan “qırmızı-qaralar” 5-in astanasında dayanmışdı. 
 
Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında da 4 qələbə sıralamışdı. 2012-ci il oktyabrın 31-də “Qarabağ”, 3 gün sonra “Neftçi” ilə oyunların hər ikisində 2:1, noyabrın 19-da “Kəpəz”i 2:0, 25-də “Rəvan”ı 3:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” ilk və son qələbəsini səfərdə qazanmışdı. Həmin uğurlu seriya dekabrın 2-də “Bakı” ilə ev oyununda qırılmışdı – 0:2.
 
Ötən mövsümün sonunda isə bürünc medalların qazanılmasında rolu olan 4 oyunluq qələbə seriyası aprelin 20-də “Rəvan”la səfər oyununda başlamışdı. Həmin oyunda 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 7 gün sonra evdə “Simurq”u 1 cavabsız qolla keçmişdi. Mayın 2-də səfərdə “Neftçi” (2:1), 7-də evdə “Bakı”dan (3:1) 3 xal alan komandamızın seriyası “İnter”lə oyunda qırılmışdı. Mayın 12-də Bakıda qolsuz heç-heçə qeydə alınmışdı.
 
Təxminən 1 il sonra yenidən 5-ci qələbə üçün Bakıya yollanacaq “Qəbələ” mütləq rekordunu müəyyənləşdirmək üçün XXVIII turun AZAL-la görüşündə də qalib gəlməlidir. Bu matç aprelin 5-də baş tutacaq.

Klub saytı

Son yazılar

To Top