Təlim-məşq prosesinin ilk mərhələsini tamamlayaraq Antalyaya üz tutan "Qəbələ" dünən axşam saatlarında qardaş ölkədə ilk məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, məşqə yüngül isinmə hərəkətləri ilə başlayan komanda hazırlıq prosesini müxtəlif toplu və topsuz təmrinlərlə davam etdirib.
Toplanışın ilk məşqinə ikitərəfli oyunla yekun vurulub.