Kolumbiyada təyyarə qəzası nəticəsində heyətinin böyük hissəsi həlak olan Braziliyanın "Şapekoense" klubu Cənubi Amerika Kubokunun builki qalibi elan olunacaq.
Korner.az-ın məlumatına görə, bu haqda klubun müvəqqəti prezidenti İvan Totso məlumat verib.
O, həmin turniri keçirən qurumun bunu təsdiqləyini bildirib. Bundan əlavə, klub 2 milyon dollar mükafat alacaq:
"Hər şey həll olunub. Mükafatlandırma mərasiminin olub-olmayacağını bilmirəm. İndi biz bütün federasiyalardan dəstək alırıq. Xüsusilə Çapeko sakinlərindən. Biz komandanı yenidən qurmağa başlayırıq. İnsanlara futbol lazımdır. Çapeko əhalisi futbolu sevir. Buna görə işimizi dayandırmayacağıq".
