Qətərin əmiri Tamim bin Həməd əl-Tani son günlər DÇ-2022 ətrafınd gəzən söz-söhbətlərlə bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, əmir bu söz-söhbətlərin dünya çempionatı kimi böyük bir yarışın Qətər kimi kiçik müsəlman ölkəsində keçirilməsini istəməyənlərin işi olduğunu söyləyib.
“Hə, problemlərimiz var, ancaq biz onları həll edirik. Dünya KİV-i isə problemlərimizi şişirtməklə məşğuldur. İqlimdən şikayət edirlər, ancaq bizim sərinlətmə texnologiyamız var və ondan istifadə olunacaq. Biz DÇ-ni keçirtmək hüququnu qazanmışıq, onu nə vaxt keçirmək isə FİFA-nın işidir. Biz çempionatı ilin bütün fəsillərində təşkil etməyə hazırıq”, – deyə Əl-Tani bildirib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl FİFA İcraiyyə Komitəsinin üzvü Teo Svantsiger DÇ-2022-nin başqa ölkədə keçirilməsini təklif etmişdi.
