Futbol

Qətər – Azərbaycan oyununun yeri və vaxtı açıqlandı

10.02.2021 , 14:40

2022-ci ildə təşkil olunacaq dünya çempionatına hazırlıq məqsədiylə keçiriləcək Qətər – Azərbaycan matçının yeri açıqlanıb.

Korner.az xəbər verir ki, martın 27-də keçiriləcək qarşılaşma Avstriyanın Vyana şəhərində təşkil olunacaq.

Bununla bağlı bu gün UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Qətər millisi yarışa UEFA tərəfindən dəvət olunub və seçmə mərhələdə millimizin yer aldığı A qrupunda çıxış edəcək.

Son yazılar

Yuxarı