Mayın 29-da, yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə 21:15), Doha şəhərində, Al-Sadd klubunun stadionunda Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, oyunu aşağıdakı hakimlər briqadası idarə edəcək:
Baş hakim: Tamuni Salah Vahid (Liviya)
Baş hakimin köməkçiləri: Attia Amsaad, Foaad El Maghrabi (Liviya)
Dördüncü hakim: Khamis Al-Kuvari (Qətər)
Xatırladaq ki, bu oyunla bağlı Azərbaycan milli komandasının bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödəniləcək.
