Qəsəbə təmsilçində ciddi itki
04.12.2023 , 12:17

“Zirə”nin futbolçusu Ruan Renato “Neftçi” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.
Korner.az-ın məlumatına görə, qəsəbə klubunun müdafiəçisi mövsümdə 3-cü sarı vərəqəni alaraq qarşıdakı turu buraxmalı olacaq.
Qeyd edək ki, “Zirə”nin qarşıdakı turda rəqibi “Araz Naxçıvan” olacaq.
