Təkcə şahmatda yox, gündəlik həyatda da insanlar sağlam düşüncəni izləyib buna görə hərəkət edirlər. Amma özləri də bilmədən başqa qərarlar qəbul edir, yaxud kiminsə göstərişinə əməl edirlər.
Şahmatda bir sıra qaydaların olduğu məlumdu. Bunlar arasında tez yadda qalan və həmişə ən zəif şahmatçı tərəfindən belə tətbiq olunan qanunlar olduğu kimi hamının yaddaşında həkk edə bilmədiyi qaydalar da var. “Qəribə qayda” – bu adı şahmat ustası B.S. Şaşin öz “Piyada – şahmat ruhu” kitanının bir fəslində çəkib. Bəs bu qayda nədi?
Piaydanın belə bir özəlliyi var ki, onu unudan şahmatçı gülünc vəziyyətə düşər. Aşağıdakı şəkildəki vəziyyətdə nə göstərilib, buna aydınlıq gətirək:
1. Qəribə qayda
1…g5+
Ağlar elə düşünür ki, onların şahına mat qoyulub. Lakin onlar keçiddə qara piyadanı götürmək haqqının olduğunu bilmirdilər – 2.h5:g6. Ağlar bunu etsə, nəyinki xilas olurlar, hətta rəqibi mat edir.
Qaralar bu qaydanı bilirdi, amma oyun gedişində unutmuşdu. Onlar bunu artıq gediş etdikdən sonra xatırlamışdılar. Nəticədə, tarixdə ilk və tək hadisə yaşandı – hər iki şahmatçı eyni anda təslim oldu. Axı demişdik, bu qaydanı unudan gülünc vəziyyətə düşər…
Bu qayda şahmatçılar arasında “Keçiddə götürmə” adı ilə tanınır və çoxlu mübahisələr yaradır.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir
