Futbol üzrə Azərbaycan I Divizionunda 4-cü turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, qərb derbisində "Kəpəz" "Turan-T"mi qəbul edib və oyunda hesab açılmayıb.
Digər oyunlarda isə "Şuşa" öz meydanında "Mil-Muğan"ı 3:0 hesabı ilə məğlub edib. "Şahdağ" isə öz evində "Neftçala"ya 2:3 hesabı ilə uduzub.
