Qərar verildi: “Keşlə”nin stadionunun ot örtüyü dəyişdirilir
19.11.2018 , 12:06

Qış fasiləsii zamanı “Keşlə”nin ev oyunlarını keçirdiyi “ASK Arena”nın ot örtüyü dəyişdiriləcək.
Futbolçuların zədə mənbəyi olan meydançaya təbii örtüyün vurulub-vurulmayacağı bəlli deyil. Lakin AFFA rəhbərliyi qışda futbolçuların qorxulu yuxusu olan ot örtüyünü yeniləməyə qərar verib.
Qeyd edək ki, bu mövsüm Premyer Liqa təmsilçilərindən “Zirə” və “Sumqayıt”ın ev oyunlarını keçirdiyi stadionlarda təbii ot örtükləri süniləri əvəz edib
