"Hamburq"un türk futbolçusu Hakan Çalhanoğlu maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, 21 yaşlı futbolçu "Bəyaz Futbol" proqramına açıqlama verən futbolçu "Qalatasaray" azarkeşi olduğunu bildirib:
"Mən uşaqlıqdan bəri "Qalatasaray" azarkeşiyəm. İnşallah burda bir gün oynamaq istəyirəm. Mançinin məni istədiyi doğru. Çox güclü məşqçidir. Onunla çalışmaq qürurverici olacaq".
Hakan öz açıqlamasında Türkiyədə "Qalatasaray"dan başqa bir klubda çıxış etməyəcəyini bildirib:
"Hələlik rəsmi bir təklif yoxdur. "Qalatasaray"a transfer olmasam, "Hamburq"da 10 nömrəli formanı mənə verəcəklər. "Qalatasaray"a gəlsəm Sneyderlə mübarizə aparacam. Çox güclü futbolçudur, amma onunla mübarizə aparacaq gücdəyəm. Mən "Fənərbağça" və "Beşiktaş"da heç bir şey edə bilmərəm, qəlbin "sarı-qırmızı" döyünür".
