“Bu gün komandam minumum tapşırığı yerinə yetirdi. Maksimum vəzifəmiz isə növbəti mərhələyə adlamaqdır”.
Korner.az-ın “Futbolinfo.az”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunundan (3:2) sonra keçirdiyi mətbuat konfransında deyib.
O, komandasının oyunundan razı qaldığını bildirib və qeyd edib ki, cavab matçında da bu cür oynamaq lazımdır: “Bu matçda qələbəyə layiq oyun göstərdik. Sərgilədiyimiz oyunu bir həftə sonra Bakıda da davam etdirməyə çalışacağıq”.
