“Qələbənin davamını gətirə biləcəyik” – Roberto Bordin
19.07.2018 , 10:18

“Bizi çətin qarşılaşma gözləyir. İlk oyunun nəticəsinə görə, hesabda irəlidə olsaq da, bizim üçün asan olamayacaq”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
“Ağ-qaralar” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Macarıstanın “Uypeşt” klubunun qonağı olacaq.
Oyundan bir gün öncə baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: “İlk oyunda hava çox isti idi, ona görə də futbolçular yaxşı mübarizə apara bilmirdilər. Bu dəfə isə hər iki komandaya asan olacaq. İlk görüşdə qələbə qazanmışıq və bundan ruhlana bilmişik. İnanıram ki, qələbənin davamını gətirə biləcəyik”.
