“Qələbə üçün meydana çıxmışdıq” – “Qarabağ”ın məşqçisi
04.12.2020 , 01:38

“Qarabağ”ın məşqçisi Elçin Rəhimov Avropa Liqasının qrup mərhələsinin V turunda İstanbulda “Makkabi” ilə heç-heçə etdikləri oyunu (1:1) şərh edib.
Korner.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bunları deyib:
“Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər”.
