Premyer Liqada 24-cü tura yekun vuruldu
24.04.2022 , 21:58

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, bütün matçlar bu gün baş tutub
Lider “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib. Günün digər görüşündə “Sumqayıt” “Zirə”ni qəbul edib və 0:1 hesabı ilə uduzub. “Sabah” isə “Şamaxı”nı darmadağın edib – 5:1. “Neftçi” “Səbail”in müqavimətini qırmağı bacarıb – 1:0.
Azərbaycan Premyer Liqası
XXIV tur
24 aprel (bazar)
17:30. “Qəbələ” – “Qarabağ” – 0:2
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
18:30. “Sabah” – “Şamaxı” – 5:1
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”
20:00. “Sumqayıt” – “Zirə” – 0:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”
20:00. “Səbail” – “Neftçi” – 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”.
