www.etopaz.az-da Çempionlar Liqası həyəcanı davam edir. Azərbaycanın yeganə qanuni virtual mərc oyunları dileri bu gün də öz müştərilərinə maraqlı proqram təklif edir. Proqram saat 16:45-də 19 yaşlılardan ibarət yığmaların oyunlarıyla başlayacaq, İtaliyanın aşağı liqalarının və Səudiyyə Ərəbistanı çempionatının qarşılaşmalarıyla davam edəcək. Nəhayət, saat 21-də əksər www.etopaz.az müştərilərinin səbrsizliklə gözlədiyi matç başlayacaq. Söhbət Çempionlar Liqasının "Zenit" – "Malaqa" görüşündən gedir. Bu matçın digərlərindən fərqi odur ki, proqnoz həvəskarları bu qarşılaşmaya həm tək, həm də canlı mərc edə bilər. Oyundan əvvəl www.etopaz.az əmsalları belə müəyyənləşdirib: "Zenit"in qələbəsi 1.60, heç-heçə 3.50, "Malaqa"nın zəfəri 4.50. Canlı mərc etmək istəyənlər isə görüşün startını gözləməlidir. Bu zaman əmsallar da oyunun axarına uyğun dəyişəcək. Bu qarşılaşma daha çox ötən gecəki "Qalatasaray" – "Mançester Yunayted" matçını xatırladır. "Mançester Yunayted" kimi "Malaqa" da artıq pley-offa vəsiqəni təmin edib və axşamkı matçın turnir vəziyyəti baxımından bu komanda üçün elə bir əhəmiyyəti yoxdur. "Zenit" isə qrup 2-cisi olmaq üçün qələbə qazanmağa borcludur. Onu da qeyd edək ki, "Malaqa" oktyabrın 31-dən bu yana keçirdiyi son 4 oyunda qələbə üzünə həsrətdir. Beləliklə, www.etopaz.az müştərilərini bu axşam maraqlı duel gözləyir – bir tərəfdə pley-offa can atan "Zenit", digər tərəfdə növbəti mərhələ vəsiqəni təmin edən, amma ardıcıl 4 oyundur azarkeşlərini məyus edən "Malaqa". Bu qrupun digər oyunu – "Anderlext" – "Milan" qarşılaşması isə Liqanın digər 6 oyunu kimi saat 23:45-də başlayacaq. Bu görüşdə canlı mərc olmayacaq, amma etopaz.az-çılar qarşılaşmaya tək mərc edə bilər. Hər iki komandanın pley-off şansı qaldığından Brüsseldə amansız mübarizə gedəcəyi şübhə doğurmur. Bu dueldə "Milan"ın qələbəsi 2.30, "Anderlext"in zəfəri isə 2.50 əmsalla dəyərləndirilir. Oyunda qalib müəyyənləşməzsə, heç-heçəyə proqnoz verənlər pullarını 3.10 dəfə artıracaq. "Dinamo Kiyev" – PSJ matçı isə meydan sahibləri üçün pley-off yolunda "son döyüş" kimi dəyərləndirilir. Kiyevlilər qələbə qazanmazsa, Çempionlar Liqası ilə vidalaşacaq. www.etopaz.az müştəriləri bu görüşə də tək mərc edə bilər. Əmsallar isə belədir: "Dinamo Kiyev"in qələbəsi 2.60, heç-heçə 3.15, PSJ-nin zəfəri 2.25. Ümumiyyətlə, bu axşam "Arsenal" – "Monpelye" və "Portu" – "Dinamo Zaqreb" oyunlarından başqa Liqanın digər matçlarına tək mərc etmək olar. Bu günkü proqramın əsas özəlliyi isə də odur ki, gecə saat 4-də belə etopaz.az-çılar üçün tək mərc etməyə oyun var. Belə ki, bu gecə Argentina və Braziliya arasında keçiriləcək yoldaşlıq matçına proqnoz həvəskarları tək mərc edə bilər.
