Avropa liqası

Qələbə “1:1” əldən çıxdı – YENİLƏNİB

19.07.2012 , 17:20

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk matçlarına start verilir.

Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "İnter" və "Xəzər Lənkəran" bu gün ilk matçlarına çıxacaq. Hər iki komandamız rəqibləriniöz meydanında qəbul edəcək.

Bakıda baş tutan oyunda "İnter" Yunanıstanın "Asteras" klubu ilə qarşılaşıb. İlk təsnifat mərhələsində Estoniyanın "Trans" (Narva) klubunu iki görüşüşən nəticəsinə görə 7:0 hesabı ilə məğlub edən "bankirlər" bu dəfə də eyni uğuru təkrarlamağı çətin görünürdü..  Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda Tripolis təmçilsi ilə görüşdə qalib gələ bilməyib. İlk hissəsində hesab açılmayan matçda, fasilədən sonra təmsilçilərimiz hesabı açıb. Görüşün 46-cı dəqiqəsində Talest Şüts komandamızı hesabda önə keçirib. Lakin paytaxt təmsilçisinin sevinci cəmi 10 dəqiqə çəkib. Qonaqların heyətində Perreno fərqlənməklə hesabı bərabərləşdirib. Oyunun sonuna qədər hesab dəyişməyib görüş 1:1 hesabı ilə qurtarıb.

Bu turnirdə mübarizəni davam etdirən "Xəzər Lənəran" isə köhnə rəqiblə üzləşib. Belə ki, Cənub təmsilçisinin rəqibi Polşanın "Lex" klubu oldu. Yunis Hüseynovun komandası Poznan təmsilçisini elə 3-cü dəqiqədə cəzalandırıb. Branimir Subaşiç topu qapıdan keçirib. Lakin 15 dəqiqə sonra qonağların heyətində Mozdren fərqlənərək oyunda tarazlığı bərpa edib. Daha sonra komandamız çox çalışsa da, qalibiyyət qolunu vura bilməyib və görüş 1:1 hesabı ilə nəticələnib.
"İnter" isə "Dalğa Arena"da Yunanıstan təmsilçisinin inadını qıra bilməyib. Bu görüşdə də tərəflər hərəyə 1 qol vurublar.

Avroliqa, II təsnifat mərhələsi
İlk oyun

19 iyul

20:00. “XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) – “LEX” (POLŞA) 1:1
Qollar: Subaşiç (4) // Mateusz Mozdren (19)
Qırmızı vərəqə: Syomon (90)

Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Lənkəran. Şəhər mərkəzi stadionu

21:00. “İNTER” (AZƏRBAYCAN) – “ASTERAS” (YUNANISTAN) 1:1 

Qollar: Talest Şüts (46) // Perrone (56) 
Baş hakim: Lars Kristoferson (Danimarka)
Bakı. “Dalğa Arena” stadionu

“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 6. Robert Alves, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmiqruliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 81. Rikardo Qomes, 11. Ramol Brenes, 10. Elnur Abdullayev, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 18. Alim Qurbanov
________________________________________________________________

“Lex”: 1. Yasmin Buriç, 5. Manuel Arboleda, 14. Voya Ubiparip, 16. Rafael Muravski, 17. Simon Drevniak, 18. Bartos Slusarsk, 20. Hubert Volakyeviç, 24. Aleksandr Tonev, 25. Luis Henri Quez, 32. Mateusz Mozdren, 35. Marçin Kaminski

Ehtiyat oyunçular: 27. Kristofer Katarovski, 3. İvan Dzvarzdeyviç, 4. Tomas Kedziora, 7. Yakub Vilki, 8. Yaçek Kleb, 11. Gergo Lovrensiç, 28. Bartos Beresszynski

Son yazılar

Yuxarı