Qəhrəman Əliyev vəfat etdi
26.02.2023 , 16:34

Azərbaycanlı məşqçi Qəhrəman Əliyev vəfat edib.
Korner.az xəbər verir ki, veteran futbolçu uzun müddətlik ağır xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib. O, 2020-ci ildə koronavirusa yoluxmuş və komaya düşmüşdü.
Qəhrəman Əliyev “Şəmkir”, “Masallı”, MOİK, “Olimpik”, “Bakı” kimi klublarda çalışıb. O, 2022/2003 mövsümündə “Şəmkir”lə Azərbaycan çempionu olub. Əliyev U-19 millisində də baş məşqçi kimi çalışıb.
Əliyev futbolçu kimi “Neftçi”, “Avtomobilçi” (Mingəçevir) kimi klublarda çıxış edib.
