Futbol

Qədirzadənin komandasından məğlubiyyət

28.06.2021 , 16:49

Gürcüstan çempionatında XX turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” doğma meydanda “Dila Qori”yə məğlub olub – 1:2.

İbrahim bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Samtrediya” 20 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı