Qədirzadənin komandası səfərdə uduzdu
20.06.2021 , 12:14

Gürcüstan çempionatında XVIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” səfərdə Tbilisi “Saburtalo”su ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Qədirzadə bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Samtrediya” 10 xalla 10-cu sırada qərarlaşıb.
